İctimai Televiziya və Radio Yayımları Şirkəti: İsveç KİV-ləri yenidən islam aləminin qəzəbinə tuş gələcək addım atıblar İsveç KİV-ləri yenidən islam aləminin qəzəbinə tuş gələcək addım atıblar ================================================================================ Natiq Aliyev on 10 Mart, 2010 Karikaturaları çəkən rəssama sui-qəsd planı ilə bağlı şübhəli bilinən şəxslərin həbsindən sonra bu məsələ yenidən gündəmə gətirilib. Qəzetlərdən biri karikaturaların yenidən dərcini məhz bu xəbərlə əlaqələndirib. Digəri isə söz azadlığı prinsipinə əsaslanaraq addımına bəraət qazandırmağa çalışıb. Qeyd edək ki, rəssama sui-qəsd planı ilə bağlı isveç polisi ötən gün 4 kişi və 3 qadını həbs edib.