Dünya dini liderlərinin Bakıda keçiriləcək sammitinin vaxtı dəqiqləşib
Görüşlər aprel ayında keçiriləcək
APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçiriləcək zirvə görüşünün aprelin 27-dən 29-dək keçiriləcəyini deyib. Onun sözlərinə görə tədbirdə 150-dək dini lider iştirak edəcək. Bundan başqa, dünyada mövcud olan ənənəvi dinlərin hər birinin təmsilçiləri bu zirvə görüşündə iştirak edəcək.
Allahşükür Paşazadə sammitə bütün ermənilərin katolikosu 2-ci Qare-gi-nin də dəvət ediləcəyini istisna etməyib: “MDB Dinlərarası Şurasına bütün ölkələrin dini liderləri daxildir. Mən bu qurumun həmsədriyəm. Bildiyimə görə, yaxın vaxtlarda Moskva və bütün Rusiyanın patriarxı Kiril Ermənistana səfər edəcək. Yəqin həmin səfər zamanı Qaregini də Bakıdakı tədbirə dəvət edəcək. Mən bu dəvətdə heç bir qeyr-adilik görmürəm. Çox arzu edərdim ki, Qaregin Bakıya gəlib, Azərbaycan həqiqətlərini öz gözləri ilə görsün. Ancaq dəvət olunsa da, Qareginin Bakıdakı tədbirdə iştirak edəcəyinə inanmıram. Yəqin ki, Bakıda zirvə görüşü keçirilən zaman Ermənistanda da uydurma “erməni soyqırımı” ilə bağlı tədbirlər olacaq”.
Xəbər lenti
-
09 Fevral, 2012
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb -
09 Fevral, 2012
Dünyada ərzaq məhsullarının qiyməti son 6 ayda ilk dəfə artıb -
09 Fevral, 2012
Azərbaycanda əmlak və gəlir vergisinə yenidən baxılır -
09 Fevral, 2012
Azərbaycandan Türkiyəyə nəql olunan təbii qaz problemi həll edilib -
09 Fevral, 2012
Şaxtalı hava həssas dərilərdə bir sıra problemlərin yaranmasına səbəb olur -
09 Fevral, 2012
Əhməd Cavadın 120 illik yubileyi qeyd olunacaq -
09 Fevral, 2012
Milli Məclisin sədri Albaniyanın baş naziri ilə görüşüb -
09 Fevral, 2012
Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri ifadə vermək üçün ədliyyəyə çağırılıb
1
xəbər sayı
1 - 8
və
3724






