BAŞ SƏHİFƏ | Gündəm | Dövlət Əmək Müfəttişliyi yoxmalara başlayacaq

Dövlət Əmək Müfəttişliyi yoxmalara başlayacaq

Şrift ölçüsü: Decrease font Enlarge font

Bu barədə Nəbi Şükürlü bildirib

Dövlət Əmək Müfəttişliyi əmək fəaliyyətinə nəzarət üçün apreldən yoxmalara başlayacaq. Bu barədə məlumat verən müfəttişliyin rəisi Nəbi Şükürlü bildirib ki, bu ilin yanvar-fevral aylarında istehsalatda 29 bədbəxt hadisə baş verib. 10 nəfər ölüb, xəsarət alanların sayı isə 21-ə çatıb.
Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü: İstehsalatda baş verən bədbəxt hadisələrin çoxu tikinti sektorunun payına düşür. Ötən 2 ay ərzində iş prosesində həyatını itirən işçilərin 10-dan 5-i tikintidə işləyənlər olub. Səbəb işəgötürənlər tərəfindən tikinti qaydalarına əməl olunmaması, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməməsidir.  Araşdırmalar zamanı məlum olub ki, baş verən qəzalardan 6-da müəsssisə, 15-də zərərçəkən təqsirkardır. Yanvar və fevral aylarında işdən qanunsuz azad edilən 6 nəfər isə yerlərinə bərpa olunub, 245 nəfərlə əmək müqaviləsi bağlanıb, 1890 hüquq pozuntusu faktı qeydə alınıb.   

Əmək müqaviləsi işəgötürən və işçi arasında imzalanır. Müqaviləyə 3-cü tərəfin müdaxiləsi kimi faktlar var. Bəzi qurumlar əmək müqaviləsinə möhür vurur, istehsalatda apardığı baxış zamanı müəyyən qeydlər edir. Bu qanunauyğun deyil. Əmək müqaviləsinin qanuniliyini təsdiq etməsi üçün 3-cü tərəfin möhürünə ehtiyac yoxdur. 

Nəbi Şükürlü onu da bildirdi ki, Dövlət Əmək Müfəttişliyi apreldən yoxmalara başlayacaq. İstehsalat qəzalarının qarşısının alınmasına nəzarət üçün laboratoriyalar fəaliyyət göstərir. Bakı, Naxçıvan və Gəncədə yaradılan laboratoriyalarda işçilərin əmək şəraiti ətraflı öyrənilir. 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az