BAŞ SƏHİFƏ | Gündəm | Bərdədə hərbi yürüş keçirilib

Bərdədə hərbi yürüş keçirilib

Şrift ölçüsü: Decrease font Enlarge font

Yürüşdə “N” saylı hərbi hissəsinin əsgər və zabit heyəti iştirak edib

Daxili qoşunların yaranmasının 18-ci ildönümü ilə əlaqədar təşkil edilən yürüşdə  “N” saylı hərbi hissəsinin əsgər və zabit heyəti iştirak edib. Xüsusi təyinatlı dəstə əsgərlərinin eni 4, uzunluğu 8 metr olan  Azərbaycan bayrağını  şəhərin mərkəzi küçəsi ilə hərbi marş sədası altında aparması iftixarla qarşılanıb.  Yürüşdə zirehli texnika da nümayiş etdirilib. 5 km-dən çox məsafə boyunca 1 saata yaxın davam edən yürüş sakinlər tərəfindən alqışlarla müşayət olunub. Cəbhə xəttinə yaxın ərazidə belə tədbirin keçirilməsinin hərbçi və mülkü əhalinin döyüş ruhunun yüksəldilməsinə təsiri şübhəsizdir.
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az