İctimai Televiziya və Radio Yayımları Şirkəti: Bərdədə hərbi yürüş keçirilib Bərdədə hərbi yürüş keçirilib ================================================================================ Füzuli Məcidli on 11 Mart, 2010 Daxili qoşunların yaranmasının 18-ci ildönümü ilə əlaqədar təşkil edilən yürüşdə “N” saylı hərbi hissəsinin əsgər və zabit heyəti iştirak edib. Xüsusi təyinatlı dəstə əsgərlərinin eni 4, uzunluğu 8 metr olan Azərbaycan bayrağını şəhərin mərkəzi küçəsi ilə hərbi marş sədası altında aparması iftixarla qarşılanıb. Yürüşdə zirehli texnika da nümayiş etdirilib. 5 km-dən çox məsafə boyunca 1 saata yaxın davam edən yürüş sakinlər tərəfindən alqışlarla müşayət olunub. Cəbhə xəttinə yaxın ərazidə belə tədbirin keçirilməsinin hərbçi və mülkü əhalinin döyüş ruhunun yüksəldilməsinə təsiri şübhəsizdir.