ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket
Səbəb ABŞ Dövlət Departamentinin açıqladığı hesabatdır
Bu gün bir qrup tələbə ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib. Buna səbəb ABŞ Dövlət Departamentinin açıqladığı hesabatdır.
ABŞ Dövlət Departamentinin martın 2-də açıqladığı hesabatın Azərbaycana aid hissəsində Azərbaycanlı tələbələrin 30-35 faizinin narkoman olduğu bildirilib. “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyi bu qərəzli hesabata yox deyir.
Departamentin hesabatına əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda hər 4 tələbədən 3-ü narkomandır. ABŞ ilə sıx və strateji əməkdaşlıq fonunda departamentin bu fikirdə olması azərbaycanlı tələbələr tərəfindən etirazla qarşılanıb.
BDU-nun tələbə həmkarlar təşkilatının sədri Daşqın Qəmbərov: Tamamilə absurd bir informasiyadır. Tamamilə absur bir statistik rəqəmlərdir. Biz gənclərin buraya yığışmaqda əsas məqsədi bu informasiyanın yanlış olduğunu sivil qaydada, dinc formada bildirməkdir.
Tələbə Quliyev Adil: Biz bir gənc kimi gəlmişik ki, öz səsimizi bütün dünyaya çatdıraq.Gənclərə tövsiyyə edirəm ki, aktiv olsunlar, cəmiyyətimizə kömək olsunlar.
Sonda tələbələr hesabatdakı yanlış məlumatlara qarşı hazırladıqları etiraz qətnaməsini səfirliyə təqdim etdilər.
Xəbər lenti
-
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
İsmayıl Ömərov -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb -
10 Fevral, 2012
Əfqanıstanda aviazərbələr nəticəsində 8 uşaq ölüb
1
xəbər sayı
1 - 8
və
3750






