İctimai Televiziya və Radio Yayımları Şirkəti: Xəzərdə gəmi yanıb Xəzərdə gəmi yanıb ================================================================================ Fatima Mirzoyeva on 12 Mart, 2010 İtv.az xəbər verir ki, bu gecə Xəzər dənizinin Azərbaycan sektorunda Rusiya bayrağı altında üzən Mahaçqala limanında qeydiyyatda olan "Kaya Kend" balıqçı gəmisi yanıb. Dövlət Dəniz Adminstrasiyasından verilən məlumata görə, hadisə Çilov adasından 4 mil cənubda baş verib. Güclü yanğınla əlaqədar Dövlət Neft Şirkətinin və Fövqəladə Hallar Nazirliyinin gəmiləri və vertolyotları hadisə yerinə göndərilib. Gəmidəki 16 nəfər xilas edilib. www.itv.az