İctimai Televiziya və Radio Yayımları Şirkəti: Milli Parkdakı Biznes Mərkəzində prezidentin iştirakı ilə konfrans keçirilir Milli Parkdakı Biznes Mərkəzində prezidentin iştirakı ilə konfrans keçirilir ================================================================================ Fatima Mirzoyeva on 12 Mart, 2010 Bu dəqiqələrdə prezident İlham Əliyevin iştirakı ilə 2009-2013-cü illərdə regionların sosial-iqstiadi inkişafı dövlət proqramının icrasının 1-ci ilinin yekunlarına dair Milli Parkdakı Biznes Mərkəzində konfrans keçirilir. Rəsmi toplantı başlamazdan əvvəl dövlət başçısı təşkil olunan sərgi ilə tanış olub. Konfransda çıxışı zamanı isə, prezident İlham Əliyev bildirib ki, regionlarda müasir inrfasturkutur məsələləri öz həllini tapıb. «Azərbaycanda işsizlik probleminin demək olar ki, böyük hissəsi aradan qaldırılıb. Bütün istiqamətlərdə istədiyimizə nail olmuşuq. Biz böyük işlər görürük. Lakin hələ də problemlər var, onu aradan qalırmaq üçün tədbirlər davam etdirilir». www.itv.az