İctimai Televiziya və Radio Yayımları Şirkəti: Vaşinqtonda Xəzər regionunda siyasətindən bəhs edən forum keçirilib Vaşinqtonda Xəzər regionunda siyasətindən bəhs edən forum keçirilib ================================================================================ Natiq Aliyev on 13 Mart, 2010 Vaşinqtonda Amerikanın yeni administrasiyasının Xəzər regionunda siyasətindən bəhs edən forum keçirilib. Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz üzrə Araşdırmalar institutunda təşkil olunan forumda Xəzər regionunun ABŞ-ın xarici siyasətindəki əhəmiyyəti vurğulanıb. Vaşinqtonda Amerikanın yeni administrasiyasının Xəzər regionunda siyasəti barədə forum keçirilib. Cons Hopkins Universitetinin Orta Asiya və Qafqazlar üzrə Araşdırmalar institutunda təşkil olunan forumda Xəzər regionunun ABŞ-ın xarici siyasətindəki əhəmiyyətini vurğulanıb. Çıxış edənlər Sovet İttifaqının dağılmasından bəri ABŞ diplomatiyasının regiondakı yeganə nailiyyətinin Bakı-Tiflis- Ceyhan əsas ixrac neft kəməri olduğunu bildiriblər. Həmçinin qeyd olunub ki, Türkmənistan və Azərbaycanın Xəzərin dibindən boru kəməri çəkmək üçün Rusiya və ya İranın razılığına ehtiyacları yoxdur. Avrasya Araşdırmaları Mərkəzinin region üzrə eksperti Aleksandr Petterson Xəzər regionun gələcəkdə mühüm bir tranzit mərkəzi olacağını xatırladaraq deyib ki, Azərbaycan və Türkmənistanla fəal diplomatiya nəticəsində əldə olunacaq razılıqla Əfqanıstandakı ABŞ, NATO və başqa beynəlxalq qüvvələrin ehtiyaclarının az qiymətə təmin olunması üçün qurudan bir dəhliz açıla bilər. O hazırda beynəlxalq qüvvələr üçün Əfqanıstana yüklərin göndərilməsində Azərbaycanın hava məkanından istifadə olunduğunu xatırladıb. Nümayəndələr palatasının xarici əlaqələr komitəsində iddia olunan erməni soyqırımı barədə bu yaxınlarda qanun layihəsinin təstiq olunmasına münasibət bildirən iştirakçıların fikrincə, bu ABŞ-ın maraqlarına xidmət etmir.