İctimai Televiziya və Radio Yayımları Şirkəti: 4 regionda DİN-in mətbuat xidmətinin nümayəndəlikləri yaradılır 4 regionda DİN-in mətbuat xidmətinin nümayəndəlikləri yaradılır ================================================================================ Natiq Aliyev on 13 Mart, 2010 4 regionda-Gəncə, Quba, Şəki və Lənkəranda DİN-in mətbuat xidmətinin nümayəndəlikləri yaradılır. Məqsəd regionlarda fəaliyyət göstərən jurnalistlərin hüquq mühafizə orqanlarından informasiya əldə etməsini asanlaşdırmaqdır. Bu barədə “Cəmiyyət dəstəkli polis” layihəsi çərçivəsində Lənkəranda keçirilən seminarda məlumat verilib. Tədbirdə iştirak edən kütləvi informasiya vasitəsi nümayəndələri bu sahədə qarşılaşdıqları çətinliklərdən danışıblar. Bildirilb ki,yaradılan nümayəndəliklər sözügedən çatışmazlıqların aradan qaldırılmasına xidmət edəcək.