Dövlət Komissiyası MM-ə hesabat təqdim edib
Hesabatda bildirilir ki, Azərbaycanda 4 min 133 nəfər itkin düşüb
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2009-cu ildə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barəsində sorğu göndərib. Dövləi Komissiyasından «1-ci kanal»a verilən məlumata görə, bu barədə Azərbaycan hökumətinin dövlət təhlükəsizliyi barədə Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Sənəddə qeyd olunur ki, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınan, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 117 Azərbaycan vətəndaşı ilə bağlı materiallar bu quruma göndərilib.Komissiyadan bildirilir ki, Azərbaycanda 4 min 133 nəfər itkin düşüb, 1396 nəfər isə əsir və girovluqdan azad olunan şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. Bu kateqoriyadan olan 983 nəfərin “şəxsi işi” tərtib edilib.
Xəbər lenti
-
10 Fevral, 2012
Eurovision 2012-də iştirak edən ölkələrin Milli Finalının təqvimi -
10 Fevral, 2012
Türkiyə və Maltanın "Eurovision-2012" təmsilçiləri Bakıya gəlir -
10 Fevral, 2012
"Odlar Yurdu"nun qışı eurovision.tv saytında -
10 Fevral, 2012
Rusiyanın Dövlət Akademik Rəqs Ansamblının yaranmasından 75 il ötür -
10 Fevral, 2012
Qarlı və şaxtalı hava Avropa sakinlərini sınağa çəkməkdə davam edir -
10 Fevral, 2012
Arnold Şvartsneqer və Silvester Stalone eyni xəstəxanaya düşüb -
10 Fevral, 2012
Əfqanıstanda aviazərbələr nəticəsində 8 uşaq ölüb -
10 Fevral, 2012
Suriya ordusu Xoms şəhərini atəşə tutmağa davam edir
1
xəbər sayı
1 - 8
və
3749






