İctimai Televiziya və Radio Yayımları Şirkəti: Dövlət Komissiyası MM-ə hesabat təqdim edib Dövlət Komissiyası MM-ə hesabat təqdim edib ================================================================================ Natiq Aliyev on 15 Mart, 2010 Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2009-cu ildə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 576 nəfər barəsində sorğu göndərib. Dövləi Komissiyasından «1-ci kanal»a verilən məlumata görə, bu barədə Azərbaycan hökumətinin dövlət təhlükəsizliyi barədə Milli Məclisə təqdim etdiyi hesabatda bildirilir. Sənəddə qeyd olunur ki, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınan, lakin Beynəlxalq Qızıl Xaç Komitəsində qeydiyyatdan keçməyən 117 Azərbaycan vətəndaşı ilə bağlı materiallar bu quruma göndərilib.Komissiyadan bildirilir ki, Azərbaycanda 4 min 133 nəfər itkin düşüb, 1396 nəfər isə əsir və girovluqdan azad olunan şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçib. Bu kateqoriyadan olan 983 nəfərin “şəxsi işi” tərtib edilib.