Ermənilərin fəallığının artdığı bir vaxtda Türkiyə də boş dayanmayıb
Bu gün TBMM-də məsələ ilə bağlı atılacaq addımlar müzakirə ediləcək
Bu gün Ankarada Türkiyə Böyük Millət Məclisinin xarici əlaqədər komissiyasında ermənilərin soyqırım iddiaları ilə bağlı yaranan vəziyyət və Türkiyənin bundan sonra atacağı addımlar müzakirə ediləcək. Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının məsələyə həsr ediləcək toplantısında xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı nəzərdə tutulur. Onun soyqırım iddiaları ilə bağlı yaranmış vəziyyətə dair məlumat verəcəyi gözlənilir. Birləşmiş Ştatlarn Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi, ardından isə İsveç parlamentinin ermənilərin soyqırım iddiaları ilə bağlı qərar layihəsini qəbul etməsi Türkiyəni "prosesin yayılmasının qarşısını almaq üçün" təsirli addımlar atmağa sövq edib. Türkiyənin bəzi hökümət üzvləri bildirirlər ki, uzun vədədə Türkiyə əleyhinə qəbul edilən qərarların qarşısını almaq üçün ölkə xaricindəki türk diasporunun təşkilatlanması və xarici ölkələrdə daha təsirli mövqelərə malik olması vacibdir. Qeyd edək ki, qondarma erməni sçoyqırımı ilə bağlı qətnamə layihələrinin İspaniya, Böyük Britaniya və Almaniya parlamentlərində müzakirəyə çıxarılacağı gözlənilir.
Xəbər lenti
-
09 Fevral, 2012
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb -
09 Fevral, 2012
Dünyada ərzaq məhsullarının qiyməti son 6 ayda ilk dəfə artıb -
09 Fevral, 2012
Azərbaycanda əmlak və gəlir vergisinə yenidən baxılır -
09 Fevral, 2012
Azərbaycandan Türkiyəyə nəql olunan təbii qaz problemi həll edilib -
09 Fevral, 2012
Şaxtalı hava həssas dərilərdə bir sıra problemlərin yaranmasına səbəb olur -
09 Fevral, 2012
Əhməd Cavadın 120 illik yubileyi qeyd olunacaq -
09 Fevral, 2012
Milli Məclisin sədri Albaniyanın baş naziri ilə görüşüb -
09 Fevral, 2012
Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri ifadə vermək üçün ədliyyəyə çağırılıb
1
xəbər sayı
1 - 8
və
3724






