İctimai Televiziya və Radio Yayımları Şirkəti: Ermənilərin fəallığının artdığı bir vaxtda Türkiyə də boş dayanmayıb Ermənilərin fəallığının artdığı bir vaxtda Türkiyə də boş dayanmayıb ================================================================================ Natiq Aliyev on 15 Mart, 2010 Bu gün Ankarada Türkiyə Böyük Millət Məclisinin xarici əlaqədər komissiyasında ermənilərin soyqırım iddiaları ilə bağlı yaranan vəziyyət və Türkiyənin bundan sonra atacağı addımlar müzakirə ediləcək. Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının məsələyə həsr ediləcək toplantısında xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı nəzərdə tutulur. Onun soyqırım iddiaları ilə bağlı yaranmış vəziyyətə dair məlumat verəcəyi gözlənilir. Birləşmiş Ştatlarn Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi, ardından isə İsveç parlamentinin ermənilərin soyqırım iddiaları ilə bağlı qərar layihəsini qəbul etməsi Türkiyəni "prosesin yayılmasının qarşısını almaq üçün" təsirli addımlar atmağa sövq edib. Türkiyənin bəzi hökümət üzvləri bildirirlər ki, uzun vədədə Türkiyə əleyhinə qəbul edilən qərarların qarşısını almaq üçün ölkə xaricindəki türk diasporunun təşkilatlanması və xarici ölkələrdə daha təsirli mövqelərə malik olması vacibdir. Qeyd edək ki, qondarma erməni sçoyqırımı ilə bağlı qətnamə layihələrinin İspaniya, Böyük Britaniya və Almaniya parlamentlərində müzakirəyə çıxarılacağı gözlənilir.