İctimai Televiziya və Radio Yayımları Şirkəti: Türkiyənin Qars vilayətində imzatoplama kampaniyasına start verilib Türkiyənin Qars vilayətində imzatoplama kampaniyasına start verilib ================================================================================ Natiq Aliyev on 15 Mart, 2010 Türkiyənin «Kafkas» xəbər agentliyinin məlumatına görə, Milliyətçi Hərəkat Partiyasının Qars şəhər təşkilatı və Ülkü Ocaqları Birliyinin başladığı aksiyaya çoxlu sayda Qars sakini qatılıb. İştirakçılar hökuməti Ermənistanla imzalanmış protokolu dərhal ləğv etməyə çağırıb. «Xocalıdakı insanlıq faciəsinin beynəlxalq media və insan haqqları ilə məşğul olan təşkilatlar tərəfindən sənədləşdirilməsinə baxmayaraq, bu gün dünyada qərar verənlər bu qorxunc cinayəti tanımaq istəmir, bununla da müsəlman türklərə qarşı ikili standart tətbiq etməkdədirlər», - deyə aksiya iştirakçıları bəyan edib.