İctimai Televiziya və Radio Yayımları Şirkəti: Qubadaki kütləvi məzarlıq barədə reportaj hazırlanır Qubadaki kütləvi məzarlıq barədə reportaj hazırlanır ================================================================================ Natiq Aliyev on 15 Mart, 2010 Türkiyənin TRT telekanalının «Ana xəbər» informasiya proqamının çəkiliş qrupu Qubadakı soyqırım məzarlığında olub. Türkiyəli jurnalistlər bildirib ki, əsas məqsəd ermənilərin 1918-ci ildə Qubada törətdiyi soyqırım hadisəsinin əyani göstəricisi olan kütləvi məzarlıq barəsində reportaj hazırlamaqdır. Qondarma erməni soyqırımı faktının heç bir sübuta əsaslanmadığını deyən qonaqlar bildirib ki, əsl soyqrım faktı məhz Qubadakı kütləvi məzarlığın timsalında ermənilərin dinc müsəlmanlara qarşı törətdiyi vəhşi qırğının real nişanələri əsasında aşkarlanıb.