BAŞ SƏHİFƏ | Gündəm | Dünya mətbuatının səhifələrində

Dünya mətbuatının səhifələrində

Şrift ölçüsü: Decrease font Enlarge font

KİV-lərin məlumatı

“Akşam “ 
Türkiyənin Akşam qəzetinin yazarı baş nazir Rəcəb Tayyib Ərdoğanın Amerika səfərinin təxirə salınıb-salınmayacağına aydınlıq gətirməyə çalışıb. Qəzetin yazarı qondarma soyqrımın qəbulundan sonra indi Ankaranın qarşısındakı ən vacib sualın bu olduğunu yazır. Amerikada keçiriləcək Nüvə Zirvəsinə hökumət başçısının getməməsini Akşam yazarı məqsədəuyğun saymır. Çünki, Nüvə Zirvəsində İran və regional problemlərlə bağlı vacib ismarıcların veriləcəyini proqnozlaşdıran məqalə müəllifi hesab edir ki, Türkiyə təmsilçisi də bu zirvədə çıxış etməlidir. Qəzet yazarıının fikrincə, son dəqiqədə layihəyə görə ABŞ prezidenti və ya dövlət katibindən üzr gələrsə, Ərdoğanın Amerika səfəri baş tuta bilər.

“Kommersant” 
Rusiyanın Kommersant qəzeti Ukraynanın yeni hökumətinin müəyyənləşdirilməsinə diqqəti çəkib. Qəzet «Rusiya Görüntülü hökumət» başlıqlı yazıda yeni hökumətin yeridəcəyi siyasətin təfərrüatlarını da açıqlayır. Bildirilir ki, artıq Ukraynanın yeni Nazirlər Kabineti Rusiya ilə yaxınlaşmaya dair fəaliyyət proqramı hazırlayıb. Məqalə müəllifi vurğulayır ki, prezident Viktor Yanukoviç də Rusiya ilə əlaqələrin inkişafını səbirsizliklə gözləyir və bunun ölkə iqtisadiyyatına müsbət təsir edəcəyinə əmindir. Yeni Ukrayna hökumətinin qarşısındakı vəzifələri sadalayan Kommersant bunların əsasən, Rusiya ilə qaz nəqlində yaranan maliyyə problemini həll etmək, yeni sərmayələrin qoyluşunu təmin etmək və kredit alınmasını həyata keçirməkdən ibarət olduğunu vurğulayır. 

“Nezavisimaya”
Rusiyanın Nezavisimaya Qazeta mətbu orqanı Avropa ilə ABŞ arasında fikir arılığına diqqəti çəkir. «Avropa Vaşinqtona demarş elan etdi» başlıqlı yazıda vurğulanır ki, Birləşmiş Ştatlarla Avropanın münasibətləri yeni sınaq mərhələsindən keçir. Söhbət əlbəttə ki, İranın nüvə proqrammı və Birləşmiş Ştatların bu ölkəyə qarşı sanksiyalarından gedir. Avropa İttifaqının İranla bağlı son toplantısının təfərrüatlarını açıqlayan şərh müəllifi avropalı komissar Ketrin Eştonun Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla bu barədə telefonla danışdığını  açıqlayır. Şərh müləllifi bildirir ki, yeni komissarın əsas vəzifəsi qurumun təhlükəsizlik və xarici siyasətində islahatlar aparmaqdır. Buna görə Ketrin Eşton İranla müzakirələrin aparıldığı bir vaxtda ABŞ-ın BMT Təhlükəsizlik Şurası vasitəsilə sanksiyaların təbiqinə çalışmasına mane olmaq istəyir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az