QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqənin nəticələrini açıqladı
Siyahı http://www.qhtxeber.az/ saytında yerləşdirilib
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün QHT-lərə birinci maliyyə yardımı müsabiqəsinin nəticələrini açıqlayıb. Şura 199 təşkilata 1.155.090 manat maliyyə yardımı ayrılması haqda qərar qəbul edib.
Şuradan bildiriblər ki, ötən il dekabrın 8-də elan edilmiş müsabiqəyə 489 layihə daxil olmuşdu. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilib və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılıb. Bir təşkilat eyni layihəni 2 dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılıb. 406 layihə ekspertizaya təqdim edilib və hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.
Fondda bildirirlər ki, katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə alıb.
Beləliklə, 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin qalibi olaraq, 199 təşkilat seçilib. QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 903.000 manat vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini və davamlı xarakterini nəzərə alaraq, bu vəsaitin daha 252.000 manat həcmində artırılmasını mümkün sayılıb. Müsabiqə qaliblərinin siyahısı bu gün Şuranın saytına yerləşdiriləcək.
Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 19 mart 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir. Maliyyə yardımı ayrılmış QHT-lər müqavilə bağlamaq üçün 1 aprel 2010-cu ilədək (bayram günləri istisna olmaqla) Şuranın katibliyinə müraciət etməlidir. Bu müddətə qədər QHT-nin Şuraya müraciət etməməsi ayrılmış maliyyə vəsaitindən imtina kimi qəbul olunacaq.
Xəbər lenti
-
09 Fevral, 2012
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb -
09 Fevral, 2012
Dünyada ərzaq məhsullarının qiyməti son 6 ayda ilk dəfə artıb -
09 Fevral, 2012
Azərbaycanda əmlak və gəlir vergisinə yenidən baxılır -
09 Fevral, 2012
Azərbaycandan Türkiyəyə nəql olunan təbii qaz problemi həll edilib -
09 Fevral, 2012
Şaxtalı hava həssas dərilərdə bir sıra problemlərin yaranmasına səbəb olur -
09 Fevral, 2012
Əhməd Cavadın 120 illik yubileyi qeyd olunacaq -
09 Fevral, 2012
Milli Məclisin sədri Albaniyanın baş naziri ilə görüşüb -
09 Fevral, 2012
Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri ifadə vermək üçün ədliyyəyə çağırılıb
1
xəbər sayı
1 - 8
və
3724






