BAŞ SƏHİFƏ | İdman | “Qarabağ” Avropa Liqasında növbəti mərhələdə

“Qarabağ” Avropa Liqasında növbəti mərhələdə

Şrift ölçüsü: Decrease font Enlarge font

Azərbaycan klubu II təsnifat mərhələsində “Portadaun”la üz-üzə gələcək


Ağdamın “Qarabağ” klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib.  “Qarabağ” I təsnifat mərhələsindəki rəqibi Makedoniya “Metallurq”unu mübarizədən kənarlaşdırıb. 

İyulun 8-də Skopye şəhərindəki “II Filipp” stadionunda baş tutan cavab görüşündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Hesabı 69-cu dəqiqədə Emin İmaməliyev açıb. Bundan 9 dəqiqə sonra Mile Krstev bərabərlik qolunu vurub. 

Bir həftə öncə Bakıda keçirilmiş qarşılaşmada “Qarabağ” 4:1 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələyə yüksəlib. II təsnifat mərhələsində Ağdam komandasının rəqibi “Portadaun” (Şimali İrlandiya) olacaq. “Portadaun” öz meydançasında 1:1 hesablı heç-heçə etdiyi Latviya “Skonto”sunu səfərdə yenməyi bacarıb – 1:0. 

“Qarabağ” və “Portadaun” komandaları arasında ilk matç iyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda olmalı idi. Lakin həmin gün Avroliqadakı digər təmsilçimiz “Bakı” bu arenada Çernoqoriya “Buduçnost”unu qəbul edəcək. Ona görə də “Qarabağ” əvvəlcə səfərə çıxacaq, iyulun 22-də isə Bakıda cavab oyununa çıxacaq. 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az