İctimai Televiziya və Radio Yayımları Şirkəti: Almaniyanın Münhen şəhərində güllə və stend atıcılığı üzrə Dünya çempionatı start götürüb Almaniyanın Münhen şəhərində güllə və stend atıcılığı üzrə Dünya çempionatı start götürüb ================================================================================ Natiq Aliyev on 30 İyul, 2010 Siyahıda Afina Olimpiya Oyunlarının mükafatçıları Zemfira Meftəhəddinova ilə İradə Aşumova da var. Stend atıcılarımız “trap” və “skit” növündə yarışacaqlar. Güllə atıcılarımızdan isə təkcə, Mehriban Məcidova pnevmatik tüfəngdən atəş açacaq. Digərləri isə atəş xəttinə pnevmatik tapança ilə çıxacaqlar. Qeyd edək ki, Dünya çempionatı Londonda keçiriləcək yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.