İctimai Televiziya və Radio Yayımları Şirkəti: Türkiyə millisi tarixində ilk dəfə yarımfinala yüksəlib Türkiyə millisi tarixində ilk dəfə yarımfinala yüksəlib ================================================================================ Füzuli Məcidli on 09 Sentyabr, 2010 Təşkilatçı ölkə millisi ¼ finalda Sloveniyanı 95:68 hesabı ilə yenərək, tarixində ilk dəfə planetin 4 ən güclüsü sırasına çıxıb. “12 dev adam” adını finala yazdırmaq üçün sentyabrın 11-də Serbiyanı məğlub etməlidir. Serbiya millisi ¼ finalda 2006-cı ilin dünya çempionu İspaniyanı üstələyib – 92:89. Daha iki yarımfinalçının adlarına sentyabrın 9-da keçiriləcək ABŞ – Rusiya və Litva – Argentina matçlarından sonra aydınlıq gələcək. Qeyd edək ki, Türkiyə millisi dünya çempionatında indiyədək keçirdiyi 7 qarşılaşmanın hamısından qalib ayrılıb.