İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycan güləş üzrə dünya çempionatında komanda hesabında üçüncü yeri tutdu Azərbaycan güləş üzrə dünya çempionatında komanda hesabında üçüncü yeri tutdu ================================================================================ Füzuli Məcidli on 09 Sentyabr, 2010 Moskvada yunan-Roma güləşi üzrə dünya çempionatı başa çatıb. Azərbaycan ümumkomanda hesabında üçüncü yeri tutub. Birinci yerə Rusiya, ikinci yerə isə Türkiyə sahib olublar. Turnir cədvəlində tutduğu yüksək yeri yığmamıza Avropa çempionu Həsən Əliyev (60 kq) və çempionatın bürünc medalını qazanmış Vitali Rəhimov gətiriblər. Çempionatın üçüncü günü iki idmançımız bürünc medal uğrunda mübarizə aparıblar. Azərbaycan güləşçisi Patimat Maqomedova (48 kq) Qırğızıstan, Venesuela və Tunisdən olan rəqiblərini məğlubiyyətə uğradaraq finala çıxıb, lakin Rusiya təmsilçisi Larisa Oorjaka, daha sonra bürünc medal uğrunda görüşdə Çin idmançısı Saşa Zaoya məğlub olub. Azərbaycan idmançısı Rafiq Hüseynov (74 kq) da bürünc medalı əldən verib. O, Rusiya təmsilçisi İmil Şərafətdinova uduzub.