BAŞ SƏHİFƏ | İdman | Yuventus-Fulhem oyununun canlı şərhi (Yenilənib)

Yuventus-Fulhem oyununun canlı şərhi (Yenilənib)

Şrift ölçüsü: Decrease font Enlarge font

UEFA Avropa Liqası Yuventus-Fulhem oyununun canlı şərhi


Yuventus: 3 – Fulhem: 1

İkinci hissədə hesabda dəyişiklik olmadı

90+1’ Fulhemdə Dempsey qola yaxın oldu.

90’ Hakim oyuna 2 dəq əlavə edir

90’ Dieqonun künc zərbəsini bu dəfə İaqunita qapıya göndərməyə yaxın oldu

90’ Dieqo qola çox yaxın oldu

88’ İauqinta sərbəst zərbənui yerinə yetirir

86’ Daff qaydanı pozur

84’ Fulhemdə Qriininq sarı kart görür.

83’ Zamora qrossoya qarşı kobudluq edir

82’ Fulhemli oyunçelar künc zərbəsini yerinə yetirir, lakin Zamora oyundan kənar vəziyyətdədir

76’ Oyunçu dəyişikliyi: Yuventusda Poulsenin yerinə Sissoko daxil olur 

72’ Daffın künc zərbəsini İauqinta az qala qola çevirəcəkdi.

69’ Gera oyundan kənar vəziyyətə düşür

69’ Daff künc zərbəsini yerinə yetirir

68’ Daff sərbəst zərbəni yerinə yetirir, Fulhem müdafiəçiləri topu kornere göndərir

67’ Leqrottaqlie növbəti dəfə qaydanı pozduğuna görə hakim tərəfindən sarı kartla cəzalandıırılır.

66’ Dieqo qayda pozuntusuna yol verir

62’ Trezeqe meydançanı tərk edir, onun yerinə İaquinta daxil olur

61’ Fulhemdə Dempsey Devisin yerinə oyuna daxil olur

55’ Kamoronezi künc zərbəsi yerinə yetirir. Bu epizodda Leqrottaqlie az qala topu qapıdan keçirəcəkdi

53’Kandreva (Y) qayda pozuntusuna yol verir

49’ Yuventusda Dieqo qola yaxın olur

47’ Zamora (F) oyundankənar vəziyyətə düşür

46’ Yuventusda oyunçu dəyişikliyi, Salhamidiçin yerinə Kamoronezi daxil olur

İkinci yarı başlayır
Yuventus:3 – Fulhem:1

İlk yarı başa çatır

45+3’ QOOOOOOOL! Trezeqe hesabı yenidən Yuvenin xeyrinə dəyişir. Yuventus:3 – Fulhem:1

45+3’ Dieqo künc zərbəsini yerinə yetirir.

45+3’ Qrosso qola yaxın oldu.

45+1’ Gera qol şansını qaçırdı 

44’ Diego oyundan kənar vəziyyətə düşür.

44’ Zamora (F) qola yaxın oldu

43’ Poulsen (Y) Geraya qarşı qaydanı pozur.

41’ Hengeland (F) qola yaxın olsa da şansını boşa verir.

36’ GOOOOOL! Etu ilə Fulhem hesab arasındakı fərqi azaldır. Yuventus:2 – Fulhem:1

34’ Zamora (F) qaydanı pozur

25’ Zebina Yuventusun ikinci qolunu qeyd edir. GOOOOOL! Yuventus:2 – Fulhem:0

24’ Bu dəfə Trezeqe qol şansını qaçırır

19’ Kandreva (Y) qola çox yaxın oldu

18’ Gera (F) qaydanı pozu

13’ Etu yenə rəqib oyunçuya qarşı  kobudluq edir

10’ Etu qaydanı pozur

Yuventus: 1 – Fulhem: 0

9’ QOOOOL! Leqrottaqlie hesabı açır

8’ Dieqo (Y) künc zərbəsi yerinə yetirir

8’ Trezeqe qola çox yaxın olu

6’ Dieqo rəqib oyunçuya qarşı kobudluq edi

4’ Bu dəfə Zamora (Fulhem) oyundan kənar vəziyyətdədir

1’  Daff (Fulhem) oyundan kənar vəziyyətə düşür

Hakimin start fiti ilə oyun başlayır

UEFA Avropa Liqasının oyunları çərçivəsində İtaliyanın Yuventus klubu İngiltərənin Fulhem komandası ilə qarşılaşır.


  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az