İctimai Televiziya və Radio Yayımları Şirkəti: “Ermənistan yığmasının Bakıya tam heyətlə gələcəyi gözlənilir” “Ermənistan yığmasının Bakıya tam heyətlə gələcəyi gözlənilir” ================================================================================ Natiq Aliyev on 12 Mart, 2010 “Ermənistan yığmasının Bakıya tam heyətlə, 10 idmançı ilə gələcəyi gözlənilir”. Bunu Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib. Vu bildirib ki, artıq Ermənistan boksçularının təhlükəsizliyinə təminat verilib: “Bu mənada təhlükəsizlik məsələsi bizim üçün vacibdir. Ermənistan boksçularının təhlükəsizliyinə təminat verilib. Buna görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Ermənistan komandasının Bakıya gələcəyini gözləyirik”.