İctimai Televiziya və Radio Yayımları Şirkəti: Paraolimpiya oyunlarının rəsmi açılış mərasimi başlanıb Paraolimpiya oyunlarının rəsmi açılış mərasimi başlanıb ================================================================================ Natiq Aliyev on 13 Mart, 2010 Vankuverin BC Place arenasında 10-cu Paraolimpiya oyunlarının rəsmi açılış mərasimi başlanıb. Tədbirdə Kanadanın general-qubernatoru Mikael Jan və baş nazir Stiven Harper iştirak edir.Paralimpiya oyunlarına isə dünyanın 44 ölkəsindən 600-dən çox idmançı qatılıb. Onlar beş idman növündə özlərini sınayacaqlar. Qeyd edək ki, ilk dəfə qış parolimpiya oyunları 1976-cı ildə İsveçin Ernşeldsvik şəhərində keçirilib. Həmin yarışlarda dünyanın 16 ölkəsindən fiziki imkanları məhdud olan 198 idmançı iştirak edib.