Palmira şəhərinin sonuncu yüksəkliyi azad edilib

Mart 17 Oxunub 452
Rate this item
(0 votes)

Suriya ordusu Palmiranın terrorçuların əlində olan axırıncı Əl-Mustadir yüksəkliyinə nəzarəti bərpa edib.

Vadi Ahmar düzənliyi və Əl-Hari qalası da geri alınıb. Hökumət qüvvələri Əl-Məzar dağ silsiləsi və yaxınlıqda yerləşən avtomobil anbarlarını azad edib. Qarşı tərəf itirilmiş mövqelərini qaytarmaq üçün əsgərlərə hücum etsələr də buna nail olmayıblar. Onlarla döyüşçünü məhv edən hərbçilər, hazırda onların qoyub getdiyi partlayıcıları zərərsizləşdirməklə məşğuldur. Hərbi ekspetlər bu uğurun böyük strateji əhəmiyyətə malik olduğunu bildirib. Belə ki, əsgərlər Əl-Məzar dağ silsiləsini İŞİD-çilərdən təmizləməklə Palmiranın və ətrafındakı hərbi aerodromun artilleriya atəşinə tutulmasının qarşısını alıb. Talil rayonundakı strateji yol qovşağında şiddətli qarşıdurmalar gedir. Ordu qüvvələri qazla zəngin Arak ərazisini geri almağa çalışır. Hazırda 150-dən çox rusiyalı istehkamçı və kinoloq Palmira və şəhər ətrafında partlayıcılardan təmizləmə işləri aparır. Bundan sonra 200 km. şimal-şərqdəki Deyr-əz Zor şəhərinin terrorçulardan təmizlənməsinə başlanılacağı bildirilir. Bu şəhərlər arasında yerləşən ərazi əsasən az sayda yaşayış olan səhradan ibarət olduğundan Rusiya və Suriya qırıcıları mülki vətəndaşlara zərər verməməklə kütləvi hava zərbələri həyata keçirə biləcəklər. Deyr-əz Zorda şiddətli döyüşlər davam edir. Ekstremistlər Əl-Cura və Əl-Kusur yaşayış məntəqələrinə 30-dan çox mərmi atıb. Rusiya və Suriya təyyarələri hərbi aeroport ətrafında mövqe tutmuş İŞİD-çilərə hava zərbələrini gücləndirib. Rusiyalı pilotlar mühasirədə olan şəhərə ərzaq məhsulları və tibb ləvazimatı çatdırır. Dara şəhərində qanunsuz silahlı birləşmələrdən olan “Cəbahat Fəth əş Şam” qruplaşmasının 20-dən çox üzvü, 7 komanda nöqtəsi məhv edilib. Bu arada koalisiya təyyarələrinin Hələb yaxınlığındakı Əl-Cinə kəndini bombalaması nəticəsində ölənlərin sayı 75-ə çatıb. Hava zərbələri ibadət zamanı məscidə endirilib. 200-ə qədər xəsarət alan var. Amerika Birləşmiş Ştatları rəsmiləri faktı təsdiqləyərək hadisənin təsadüfən baş verdiyini deyiblər.

HomeDÜNYAMədəndə uçqun olub
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image