itv.az
Sport News

Radio verilişlər

Feb 07 Oxunub 40922
Rate this item
(0 votes)

1.“YENİ GÜN” PROQRAMI

Aparıcılar: Sevinc Salahova, Zümrüd Rüstəmova və Şəhla Bürcəliyeva

(I-V günlər)08:00- 10:00

“Yeni gün” səhər saatlarında insanlarda xoş-əhval ruhiyyənin yaranmasına səbəb ola biləcək musiqilərlə ,xəbərlərlər zəngindir. Xüsusi günlərdə isə “Yeni gün” verilişi həmin günün ab havasını özündə əks etdirir. Rubrikalar:
“Tap görək”- 1 dəqiqə ərzində 7 mahnı və filmlərədn musiqi fraqmentlər səslənir .“Ulduz” viktorinası – Müğənninin həyatı və yaradıcılığından sualverilir. Sonda düzgün cavabı müğənni özü səsləndirir. Qalib olan dinləyiciyə hədiyyə təqdim olunur. “Bilirsinizmi????” rubrikası: Burada bütün sahələr haqqında maraqlı faktlar çatdırılır. Dünyadakı ən möcüzəli hadisələr haqda, “Ginnesin rekordlar” kitabına düşən maraqlı hadisələr haqqında məlumatlar səslənir.“Bizim afişa” –Burada həftə içi paytaxt Bakının konsert salonlarında və teatrılarında kçeiriləcək tədbirlər, konsertlər haqda məlumatlar çatdırılır.

2.“FƏRQLİ NAHAR”

Aparıcılar: Vüsalə Asifqızı, Xuraman Süleymanlı (I-V günlər)saat- 13:05- 15:00. Həftə içi 5 gün yayımlanan proqramın məqsədi dinləyicilərin nahar vaxtının daha maraqlı, əyləncəli, eyni zamanda daha səmərəli keçirmələrinə şərait yaratmaqdır. Verilişin dinləyici auditoriyası müxtəlif olsa da, əsasən iş başında olanları gərgin iş yükündən və stressdən uzaqlaşdırır. Rubrikalar:

“Tam sərbəst” –Proqramın cümə günü yayımlanan bu bölümü dinləyiciləri ölkənin ictimai-siyasi, mədəni həyatında sayılıb- seçilən, nüfuzlu insanları ilə görüşdürür. Amma bu görüş həmin insanları dinləyicilərə fərqli rakursdan tanıtdırır. “Çaparaq” – Bu bölümdə 15 san. ərzində hər birinə 5 sual təqdim olunmaqla iki dinləyici arasında yarış keçirilir. Suallardan daha çoxuna düzgün cavab verən dinləyici hədiyyə qazanır. “Gül bir az”- Bu bölümdə təqdim olunan məzəli lətifələr dinləyicilərin vaxtının daha şən keçməsinə imkan yaradır. “Dadlı sual” - Bu bölümdə dinləyicilərə mətbəx sirləri ilə bağlı konkret 1 sual ünvanlanır, qalib dinləyici hədiyyə ilə mükafatlandırılır. “Meloman”- Adından göründüyü kimi musiqi həvəskarları üçün nəzərdə tutulur. Hər hansı bir mahnıdan iki misra səsləndirilir. Qalan misraları dinləyici tamamlayır və şəxs hədiyyə qazanır. “Sözbaz”- Yarışmada iştirak edən dinləyici onun üçün səslənən bir sözdən mümkün qədər çox söz düzəldir. Qalib dinləyici hədiyyə ilə mükafatlandırılır.

3. “ Dahiləri  anarkən”  Həftənin  bazar  günü

40  dəq (yeni  layihə) klassik  musiqi “ saatında (dahi  bəstəkarların  yaradıcılığı,  zəngin  musiqi  irsindən bəhs  olunur  və  məşhur  musiqi  əsərləri  səsləndirilir.

4.“ HİT PARAD” VERİLİŞİ.Həftənin bazar günü.saat-15:10- 17:00

Verilişdə yeni mahnılar səslənir həftə içi işıq üzü görən yeni albomlardan mahnılar və həftənin ən çox səslənən hitləri. Top 20-lik təqdim olunur. Azərbaycan ,türk,rüs və əcnəbi estradlarının yeni mahnıları.

5.  “Muğam  dünyası”

Muğam dəsgahları, zərbi muğamlar, şikəstələr mahir muğam ifaçıları tədəfindən təqdim  olunur.

6.”Non-stop “ music(fasiləsiz musiqi) həftənin 6- günü (yeni layihə)

Müasir Azərbaycan mahnıları , ən son hitlər,ötən illərin estrada mahnıları ,retro ifalar (milli xarici, türk)səsləndirilir.

7.”Dünya inciləri”həftənin şənbə günü (yeni layihə) 40 dəq

Caz dünyasının məşhurları , 19-20 əsrin unudulmaz estrada ifaçıları , dünyaca məşhur ulduzların , dünya musiqi dühalarının həyat və yaradıcılığından bəhs olunur.

8.”Sübhə doğru” həftənin cümə günü(yeni layih) 6 saat

Proqramda maraq və əyləncə aləmi, dünya kino inciləri, ən son texnika, və sağlamlıq xəbərləri , dinləyici zəngləri ilə mövzu müzakirəsi aparılır.

9. “Radioklub”-həftənin bazar günü (yeni layihə) saat 13.00-15.00

Proqramda dünya ölkələrinə, şəhərlərinə radiosəyahət ,2-ci saatda ümumi mövzu ətrafında dinləyici fikirlərinin qəbulu ekspertlərin cavabları , məlumatları ilə mövzunun yekunlaşması.

10. “Musiqboks”

Proqramda Azərbaycan və xarici  estradadan ən yeni və retro mahnılar səsləndirilir.

11.“Kim yatmış kim oyaq“

I- II-III-IV-V günlər.Saat 20:15. 20:30. Uşaqlar üçün hazırlanan veriliş informasiya xarakter daşıyır.

12.“Səhnə həyatı”- VI gün Saat 18:10-17:00

Həftənin şənbə günləri Aktyorların həyat və yaradıcılıqlarından danışılır.

13.Telli saz – I - IV günlər saat 20:45 –22 : 00

Verilişdə ustad aşıqların həyat və yaradıxılığından , dastanlarımızdan , aşıq sənətinin tarixindən söhbət açılır.

14.“Həmişə istirahətdə”—Bazar günü, saat 17:10–20:30

Veriliş dinləyicilərin mənalı istirahətinə yönəlib. Proqram boyu Azərbaycan musiqisi və poeziyasının inciləri sayılan əsərlər, qadın saatı, intellektual yarışma təqdim olunur.

15.“ Harmoniya ”— I-III-V günlər Axşam saat 22:00–00:00

Hər axşam həftənin I- III və V günləri efirdə olan proqramın əsas hədəfi dinləyicilərin axşam istirahətini təmin etmək, hər kəsin zövqünə uyğun mahnılar səsləndirməkdir.

16.“Kinoda yaşanan ömür”---V gün 17:00-18:00

Həftənin cümə günləri Azərbaycan kinosunda çalışan kinomanların həyat və yaradıcılığı haqqında ətraflı söhbət açılır onların çəkdikləri filmlərdən fraqmentlər səsləndirilir.

17.“Həmsöhbət”--- II-IV- Axşam saat-22:00 - 00:00

Həftənin ikinci və dördüncü günləri dinləyicilərin arzusuna uyğun olaraq milli və retro mahnılar səsləndirilir. Günün tələbinə uyğun mövzular , poeziya dəqiqələri və “Söhbət” bölüündə elm, incəsənət və ədəbiyyat adamlari ilə maraqlı söhbətlər təqdim olunur.

18.Radioafişa(Əyləncəli proqram)--Şənbə günü saat 8:00 - 9:00

Həftənin şənbə günləri mədəniyyət aləmində həftə ərzində olan radioafişa dinləyicilərin nəzərinə çatdırılır.

19.“Xəbərdar”

proqramda günün sosial- iqtisadi mənzərəsi, ölkə və dünya birjalarındakı son durum öz əksini tapır, Günün siyasi mənzərəsini əks etdirən “Aktual şərh” rubrukasında gündəmin əsas diqqətçəkən mövzu və hadisələri siyasi şərhçilərlə birlikdə müzakirə olunur. Proqramın “Təhsil” bölümündə dövlətin təhsil strategiyasını əks etdirən mövzular Təhsil Nazirliyinin nümayəndələri, qabaqcıl elm-təhsil işçiləri və ekspertlərlə birgə hazırlanır.  “Türkiyənin səsi” radiosu ilə Azərbaycanın İctimai Radiosunun birgə əməkdaşlıgının nümunəsi olan və həftənin bütün günü saat 12:00-da  bütün dünyaya yayımlanan   “Qorqud Ata” proqramında isə “Azərbaycan gündəmi”, “Vətən Tarixi”,   “Qarabağın Tarixi” “Bura Azərbaycandır” layihələri Maarifçilik Verilişləri Departamentində hazırlanır.

 

HomeRadioRadio programs
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image