IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin Gəncə mərhələsi başlayıb (Fotosessiya)

Apr 19 Oxunub 381
Rate this item
(0 votes)

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı aprelin 19-da Gəncə şəhəri olub.

 

Bakıda Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahəti dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Göygöldə davam edib. Sərbəst güləş üzrə 2012-ci il London Olimpiadasının, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının qızıl mükafatçısı Toğrul Əsgərov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Zeynalov və Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Aysu Salahova “Bakı-2017”nin misdən hazırlanmış su qabını Göygölün suyu ilə doldurublar. Bu su qabı axşam saatlarında şəhərdəki Heydər Əliyev Park Kompleksindəki amfiteatrda keçiriləcək su festivalında və mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Həmin gün Gəncə şəhər Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Ülviyyə Əkbərova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva və oyunların ulduz səfiri, əməkdar artisti Tünzalə Ağayeva Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıblar. 

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar.

Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.

Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində Gəncə şəhərindəki Heydər Əliyev Park Kompleksindəki amfiteatrda axşam saatlarında su festivalı keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.

 

 

HomeİDMANBaku 2017Gəncədə keçirilən su festivalında unudulmaz anlar yaşanıb (Fotosessiya)
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image