İctimai Televiziya və Radio Yayımları Şirkəti: Neft yenidən bahalaşıb Neft yenidən bahalaşıb ================================================================================ Natiq Aliyev on 03 Sentyabr, 2010 Dünya bazarında neftin qiyməti artmaqda davam edir. Qiymətin artmasına “Erl” qasırğasının ABŞ-ın Atlantika sahillərinə yaxınlaşması və Meksika körfəzindəki neft platformasında yeni qəzanın baş verməsi səbəb olub. Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,11 dollar artaraq 75,02 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,58 dollar yüksələrək 76,93 dollar təşkil edib.