İctimai Televiziya və Radio Yayımları Şirkəti: BP hesabatla çıxış edəcək BP hesabatla çıxış edəcək ================================================================================ Füzuli Məcidli on 08 Sentyabr, 2010 Şirkət bu hesabatda Meksika Körfəzində neft axınına nəyin səbəb olduğunu açıqlayacaq.Daxili hesabatda BP Transocean və Həlibörton kimi sub-podratçılarla günahı bölüşür. Transocean aprel ayında partlayan quyunun operatoru idi. Həlibörton isə dənizin dibində quyunu sementləyib. Partlayış zamanı 11 işçi həlak olmuşdu. Bu qəza ərazidə balıqçılığa və turizmə zərbə vurub. BP milyardlarla dollar dəyərində məhkəmə işləri ilə üzləşib. Daxili araşdırma işinin nəticələrinin BP-nin qarşıdan gələn illər ərzində özünü necə müdafiə edəcəyində əsas rol oynayacağı gözlənilir.