İctimai Televiziya və Radio Yayımları Şirkəti: Sentyabrın 20-də Bakıda arıçılıq məhsullarının satış yarmarkası keçiriləcək Sentyabrın 20-də Bakıda arıçılıq məhsullarının satış yarmarkası keçiriləcək ================================================================================ Natiq Aliyev on 10 Sentyabr, 2010 “Bakı” kinoteatrının yaxınlığında təşkil ediləcək satış yarmarkaya müxtəlif regionlardan olan 800-dək arıçılıq təsərrüfatından məhsullar təqdim olunacaq. Nazirlikdən bildiriblər ki, bu il Azərbaycanda bal istehsalı aşağı düşüb. Yeni mövsümdə isə havaların yağışlı və şaxtalı keçməsi arıçılıq təsərrüfatlarına xeyli ziyan vurub. Bu səbəbdən də bu il yarmarkaya çıxarılacaq arıçılıq məhsulları əvvəlki illərdəkindən az olacaq. Buna baxmayaraq satışa çıxarılacaq balın 1 kiloqramının qiyməti 15 manatdan yuxarı olmayacaq.