Azərbaycanda nisyə satış kimi tanınan ticarət forması Amerikada da geniş yayılmağa başlayıb
Amerikada nisyə mallar dəbə düşür. Ancaq bizdən fərqli olaraq onlarda nisyə dəftəri də İnternetdə yerləşdirilib. Amerikanın Kvedit şirkəti üstündə pulu və kartı olmayanlara malların nisyə satışı üçün yeni sistem yaradıb. Bu sistemə görə, müştəri mağazaya gəlib istədiyi malı götürüb gedir, bir şərtlə ki, onun pulunu 1-2 həftəyə ödəyəcəyinə söz versin. Onun borcu avtomatik olaraq şirkətinin internetdəki nisyə dəftərinə düşür. Kvedit şirkəti borcu ödəmək üçün 2 həftə gözləyir. Borcu həm mal alınan mağazaya ödəmək, həm də poçt vasitəsilə Kvedit sisteminin ünvanına göndərmək mümkündür. Mal alanın istəyindən asılı olaraq, onun borcunu başqa adamlar da ödəyə bilər. Bu sistemin əsas müştəriləri kartı olmaynalar yəni uşaq və yeniyetmələr olmalıdır. Onların pulunu validenyləri də ödəyə bilərlər. Bu da valideynlərə uşaqların pulu hara xərclədiyinə nəzarət edə bilmələrinə imkan yaradır.
İlk baxışdan şərait olsa da, Kvedit sistemi dələduzluğa qətiyyən imkan vermir. Doğrudur, müştəri pulunu qaytarmayanda və ya gecikdirəndə ona qarşı tədbirlər başlanır. Amma onu qətiyyən axtarmırlar – sadəcə sistem həmin müştəri barədə dərhal bütün mağazalara xəbər verir. Və həmin adama daha heç kim nisyə mal vermir. Nisyədən əli üzülən şəxs bundan sonra nağd pulla da mal ala bilmir – həmin pul dərhal borcun ödənməsinə gedir.
Ekspertlərin fikrincə, Kvedit sistemi tezliklə kredit kartlarına rəqib olacaq. Kredit kartından fərqli olaraq Kvedit sistemi ilə mal almaq üçün maliyyə imkanların barədə kiməsə məlumat verməyə ehtiyac yoxdur. Həm də kreditdən fərqli olaraq nisyə üçün faiz hesablanmır.