Avro-2 standartlarına cavab verməyən indiki avtomobil sahibləri narahat olmasınlar
Nazirlər Kabinetinin məlum qərarı onlara şamil edilməyəcək.
Əgər köhnə maşının varsa, narahat olmağa dəyməz. Çünki avro-2 standartları bu il iyulun 1-dən sonra Azərbaycana gətirilən və ölkədə istehsal olunan nəqliyyat vəsaitlərinə aid olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bildirirlər ki, həmin tarixdən sonra Azərbaycana idxal ediləcək bütün avtomobillər qüvvədə olan avro-2 standartlarına cavab verməlidir. Əks halda onlar ölkəmizə buraxılmayacaq.
Neft və neft məhsullarının bəzi parametrləri avro-2 normalarına cavab vermədiyinə görə milli standartlar hazırlanıb apreldə müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra təsdiqlənəcək. Şöbə müdirinin sözlərinə görə, bu gün Dövlət Neft Şirkətinin istehsal etdiyi yanacaq materialları avro-2 standartlarına cavab verir. Amma bəzi yanacaqdoldurma stansiyalarının bu sahədə problemləri var.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Sabiq Abdullayev bildirir ki,avro-2 standartlarının tətbiqindən sonra hər hansı yanacaqdoldurma stansiyasında belə hallar aşkarlanarsa, həmin şirkətin lisenziyası dərhal geri alınacaq.
Xəbər lenti
-
11 Fevral, 2012
«Müasir Azərbaycan» fotomüsabiqəsinin qaliblərinə hədiyyələr təqdim edilib -
11 Fevral, 2012
Günəş Abbasova Belarusun Milli Finalındakı mahnısını təqdim edib -
11 Fevral, 2012
Bu gün 3 ölkə Eurovision təmsilçisini elan edəcək -
11 Fevral, 2012
"Bütün dünya tezliklə İranın nüvə sahəsində yeni uğurlarına şahidlik edəcək" -
11 Fevral, 2012
Prezident İlham Əliyev Argentinanın turizm nazirini qəbul edib -
11 Fevral, 2012
Tovuz rayonunda torpaq sürüşməsi baş verib -
11 Fevral, 2012
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 20 il keçir -
11 Fevral, 2012
Azərbaycan İrəvanın tarixi mərkəzinin bərpası üçün Ermənistana köməyini təklif edib
1
xəbər sayı
1 - 8
və
3794






