İctimai Televiziya və Radio Yayımları Şirkəti: Avro-2 standartlarına cavab verməyən indiki avtomobil sahibləri narahat olmasınlar Avro-2 standartlarına cavab verməyən indiki avtomobil sahibləri narahat olmasınlar ================================================================================ Natiq Aliyev on 11 Mart, 2010 Əgər köhnə maşının varsa, narahat olmağa dəyməz. Çünki avro-2 standartları bu il iyulun 1-dən sonra Azərbaycana gətirilən və ölkədə istehsal olunan nəqliyyat vəsaitlərinə aid olacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bildirirlər ki, həmin tarixdən sonra Azərbaycana idxal ediləcək bütün avtomobillər qüvvədə olan avro-2 standartlarına cavab verməlidir. Əks halda onlar ölkəmizə buraxılmayacaq. Neft və neft məhsullarının bəzi parametrləri avro-2 normalarına cavab vermədiyinə görə milli standartlar hazırlanıb apreldə müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra təsdiqlənəcək. Şöbə müdirinin sözlərinə görə, bu gün Dövlət Neft Şirkətinin istehsal etdiyi yanacaq materialları avro-2 standartlarına cavab verir. Amma bəzi yanacaqdoldurma stansiyalarının bu sahədə problemləri var.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Sabiq Abdullayev bildirir ki,avro-2 standartlarının tətbiqindən sonra hər hansı yanacaqdoldurma stansiyasında belə hallar aşkarlanarsa, həmin şirkətin lisenziyası dərhal geri alınacaq.