İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycanla Türkiyə arasında hələlik razılıq əldə olunmayıb Azərbaycanla Türkiyə arasında hələlik razılıq əldə olunmayıb ================================================================================ Füzuli Məcidli on 12 Mart, 2010 Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə Azərbaycandan alınan təbii qazının qiyməti ilə bağlı aparılan danışıqlarda hələlik yekun razılıq əldə edilmədiyini bildirib. O, danışıqlarda 3 məsələnin müzakirə olunduğunu söyləyib. Nazir texniki məsələlər üzrə Azərbaycanla anlaşmağın problem olmadığını söyləyib. “Amma zənn edirəm ki, Ermənistanla bağlı məsələdə problem var. İlham Əliyevin razılıq verməyəcəyi bir həll variantına Türkiyənin də razı olmayacağını bəyan etməyimizə baxmayaraq, düşünürəm ki, bu mövqeyimizi Azərbaycana kifayət qədər çatdıra bilmədik. Bu səbəblə qaz məsələsində hələlik anlaşma əldə etmək mümkün olmur. Amma mən bu anlaşmanın əldə ediləcəyi fikrindəyəm”.