Arxiv
first first İyul, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Baş səhifə | İQTİSADİYYAT | Bakıda ilk Slovakiya-Azərbaycan biznes forumu keçirilib

Bakıda ilk Slovakiya-Azərbaycan biznes forumu keçirilib

Şrift ölçüsü: Decrease font Enlarge font

Forum Slovakiya Respublikasının xarici işlər naziri Miroslav Layçakın Azərbaycana rəsmi səfəri çərçivəsində reallaşıb

Slovakiya Respublikasının xarici işlər naziri Miroslav Layçakın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda ilk Slovakiya-Azərbaycan biznes forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisyiaların Təşfiqi Fodunun və Slovakiyanın İnvestiya və Ticarətin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən biznes forumda dövlət rəsmilərilə yanaşı, 40-a yaxın şirkət nümayəndəsi iştirak edib. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək, iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat veriblər. Bildirilib ki, slovakiya və Azərbaycan arasında ticarət dövriyyəsi 11 milyon dollardan bir qədər artıq olsa da, bu, azdır. Ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı, informasiya texnologiyaları, bank, tikinti və sənaye sahələrində birgə əməkdaşlıq layihələri həyata keçirilə bilər. Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Slovakiyalı nazir ölkəsinin Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bildirib:
“Slovakiyanın Dağlıq Qarabağ problemilə bağlı mövqeyi aydındır. Slovakiya sözsüz ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyündən çıxış edərək, bu münaqişənin həlli yoluna tərəfdardır. Əlbəttə ki, istər ATƏT-in Minsk qrupu, istərsə də münaqişənin həllilə məşğul olan tərəflərin əldə edəcəyi və Azərbaycanın öz beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində mövcud yolla inkişaf etməsinə yol açacaq bir çözüm yolunu biz də dəstəkləyəcəyik".
© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az