BAŞ SƏHİFƏ | İqtisadiyyat | Azərbaycanda aqrar inkişaf meylləri müşahidə edilir

Azərbaycanda aqrar inkişaf meylləri müşahidə edilir

Şrift ölçüsü: Decrease font Enlarge font

Mütəxəssislərin fikrincə, əvvəlki il istehsal olunan məhsulun həcmi də nəzərə alınmalıdır

İqtisadi və Sosial İnkişaf Mərkəzi “Azərbaycanda Kənd Təsərrüfatı İnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi”nin təqdimatını keçirib. Tədbirdə  bildirilib ki, son illər Azərbaycanda  aqrar inkişaf meylləri müşahidə edilir. Amma kənd təsərrüfatı sektorunun ÜDM-da payı  o qədər də böyük deyil. Ekspertlər məhsul istehsalının stimullaşdırması üçün əkin sahələrinə görə aqrar subsidiyaların bölüşdürülməsi mexanizminə  yenidən baxılmasını təklif edirlər. Mütəxəssislər hesab edir ki, subsidiyalar müəyyənləşdirilərkən əvvəlki il istehsal olunan məhsulun həcmi də nəzərə alınmalıdır. Bundan başqa kənd təsərrüfatı anbarlarının tikintisi  sürətləndirilməli, idxaldan asılılıq azaldılmalıdır. Eyni zamanda tədbir iştirakçıları  fermerlərin gəlirlərini artırmağı da mümkün sayıblar.
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az