İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycanda aqrar inkişaf meylləri müşahidə edilir Azərbaycanda aqrar inkişaf meylləri müşahidə edilir ================================================================================ Füzuli Məcidli on 15 Mart, 2010 İqtisadi və Sosial İnkişaf Mərkəzi “Azərbaycanda Kənd Təsərrüfatı İnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Konsepsiya Layihəsi”nin təqdimatını keçirib. Tədbirdə bildirilib ki, son illər Azərbaycanda aqrar inkişaf meylləri müşahidə edilir. Amma kənd təsərrüfatı sektorunun ÜDM-da payı o qədər də böyük deyil. Ekspertlər məhsul istehsalının stimullaşdırması üçün əkin sahələrinə görə aqrar subsidiyaların bölüşdürülməsi mexanizminə yenidən baxılmasını təklif edirlər. Mütəxəssislər hesab edir ki, subsidiyalar müəyyənləşdirilərkən əvvəlki il istehsal olunan məhsulun həcmi də nəzərə alınmalıdır. Bundan başqa kənd təsərrüfatı anbarlarının tikintisi sürətləndirilməli, idxaldan asılılıq azaldılmalıdır. Eyni zamanda tədbir iştirakçıları fermerlərin gəlirlərini artırmağı da mümkün sayıblar.