BAŞ SƏHİFƏ | Maraqlı | Körpə hər kəsin gözü qabağında balığa çevrilir

Körpə hər kəsin gözü qabağında balığa çevrilir

Şrift ölçüsü: Decrease font Enlarge font

Çində qeyri-adi hadisə baş verib

Həkimlər çaşqınlıq içindədirlər: Körpə hər kəsin gözü qabağında balığa çevrilir.
İtv.Az xəbər verir ki, Çində qeyri-adi  hadisə baş verib. Bu ölkədə  yaşayan balaca oğlan nadir xəstəlikdən əziyyət çəkir. Yaş yarım olan Son Şen hər kəsin gözü qabağında balığa çevrilir. Onun dərisi balığa bənzər pullarla örtülür və iyrənc forma alır.
Körpə doğulanda onun dərisində deşiklər aşkarlanmayıb. Bu genetik xəstəlik ixtioz adlanır. O, uşağın dərisində bədənin temperaturunu nizamlamağa imkan vermir. Yerli əhali uşağı balıq-oğlan adlandırıb, çünki uşağın dərisində balığa bənzər pullar vardır.
Müasir tibb bu cür xəstəliklərin qarşısında acizdir, müalicəsini tapa bilmir. Elə buna görə də balaca uşağı buz kimi suda çimizdirərək bədənini normal temperatura salırlar. Uşağın sağalması üçün yeganə ümid nəhəng tibb mərkəzlərin birində eksperimental müalıcə almaqdır. Lakin bu tip xəstəliyi müalıcə edən həkimlərin dünyada çox az olduğu bildirilir.






  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
© 2005-2012 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az