Arxiv
first first İyul, 2010 first first
B. B.e. Ç.a. Ç. C.a. C. Ş.
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
Baş səhifə | MARAQLI | Amerikada qəribə “Gecə toxucusu” peyda olub

Amerikada qəribə “Gecə toxucusu” peyda olub

Şrift ölçüsü: Decrease font Enlarge font

Onun əl işləri göz qabağında olsa da, müəllifin kim olduğu bilinmir

İtv.az Amerika KİV-lərinə istinadən xəbər verir ki, Nyu-Cersi ştatın Keyp-Mey şəhər-parkındakı ağacların gövdəsini, budaqlarını kimsə saplarla toxuyub, onları toxunma “corab” və “şarflarla” geyindirir. Ağaclarla bərabər işıq dirəklərini, telefon köşklərini, yol nişanlarını da bəzəyir.
Bu “Gecə toxucunun” şəxsiyyəti hökümət nümayəndələri üçün naməlum olaraq qalır. Şəhər sakinlərinin  çoxlarına “isti  geyimli” ağacların görünüşü  xoş gəlir, amma belə hesab edirlər ki, bu hal parkın ümumi mənzərəsinə xələl gətirir.
Hakim dairələrin nümayəndələri belə hesab edir ki, bu naməlum “Gecə toxucu”nun fəaliyyəti qanuna ziddir.
Məşhur sosial şəbəkəsi olan “Facebook”-da naməlum “Gecə toxucusu”nun  səhifəsində onun haqqında rəylər və əl qabiliyyətinin məhsullarının fotoları yer alıb. Çoxları belə hesab edir ki, bu işdə bir deyil, bir neçə insanın əli var.
Yerli rəssam Diana Flaneqanın fikrincə, bu naməlum “Gecə toxucu”su  hər il keçirilən “Çiyələk fesyivalı”nda nəhayət ki adını açıqlayıb, üzə çıxacaq.  www.itv.az

© 2010 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İctimai TV-yə istinad zəruridir.
© 2005-2010 - İctimai Televiziya və Radio Yayımları Şirkəti
E-mail: info@itv.az