İctimai Televiziya və Radio Yayımları Şirkəti: Amerikada qəribə “Gecə toxucusu” peyda olub Amerikada qəribə “Gecə toxucusu” peyda olub ================================================================================ Fatima Mirzoyeva on 12 Mart, 2010 İtv.az Amerika KİV-lərinə istinadən xəbər verir ki, Nyu-Cersi ştatın Keyp-Mey şəhər-parkındakı ağacların gövdəsini, budaqlarını kimsə saplarla toxuyub, onları toxunma “corab” və “şarflarla” geyindirir. Ağaclarla bərabər işıq dirəklərini, telefon köşklərini, yol nişanlarını da bəzəyir. Bu “Gecə toxucunun” şəxsiyyəti hökümət nümayəndələri üçün naməlum olaraq qalır. Şəhər sakinlərinin çoxlarına “isti geyimli” ağacların görünüşü xoş gəlir, amma belə hesab edirlər ki, bu hal parkın ümumi mənzərəsinə xələl gətirir. Hakim dairələrin nümayəndələri belə hesab edir ki, bu naməlum “Gecə toxucu”nun fəaliyyəti qanuna ziddir. Məşhur sosial şəbəkəsi olan “Facebook”-da naməlum “Gecə toxucusu”nun səhifəsində onun haqqında rəylər və əl qabiliyyətinin məhsullarının fotoları yer alıb. Çoxları belə hesab edir ki, bu işdə bir deyil, bir neçə insanın əli var. Yerli rəssam Diana Flaneqanın fikrincə, bu naməlum “Gecə toxucu”su hər il keçirilən “Çiyələk fesyivalı”nda nəhayət ki adını açıqlayıb, üzə çıxacaq. www.itv.az