Məhşur “Sotheby’s” hərrac evi “İmpressionistlər və XX əsr incəsənəti” adlı satış təşkil edəcək
Dahi norveç rəssamınn əsərinə 80 milyon dollar qiymət qoyulub
Nyu –Yorkda keçiriləcək hərracda digər qiymətli sənət nümunələri ilə yanaşı Edvard Munkun “Haray” əsərinin dörd variantından biri də satışa çıxarılacaq. Əsərin bu variantı 1895-ci ildə pastel texnikası ilə çəkilib. Əsər, atası rəssamın dostu və daimi sifarişçisi olan norveç milliarderi Petter Olsenə məxsusdur. Rəsmin digər iki variantı Munkun Oslodakı muzeyində saxlanılır.
Qeyd edək ki, Munkun “Haray” əsəri oğruların ən çox “sevdiyi” sənət nümunələrindən biridir. O 1994-cü ildə Milli qalereyadan , tapildıqdan sonra isə Munk Muzeydən oğurlanıb. Nəhayət, 2006-cı ildə tapılan əsər muzeyə qaytarılıb.
Xatırladaq ki, gələn il rəssamın anadan olmasının 150 illik yubileyi qeyd olunacaq.






