İctimai Televiziya və Radio Yayımları Şirkəti: Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə musiqi albomu nəşr edilib Canəli Əkbərovun 70 illik yubileyi münasibətilə musiqi albomu nəşr edilib ================================================================================ Natiq Aliyev on 10 Mart, 2010 Musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Canəli Əkbərovun həyat və yaradıcılığına həsr olunan albom yüksək poliqrafik səviyyədə və nəfis şəkildə hazırlanıb. Musiqi albomu kitab və dörd kompakt diskdən ibarətdir. Albomda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Nəşrdəki kompakt disklərdə cəmlənən musiqi nümunələri sənət hesabatı kimi xanəndənin fəaliyyətini əks etdirir. Burada xanəndənin ifasında «Zabul-segah», «Mahur-hindi» muğam dəsgahları, «Dügah», «Şahnaz» muğamları, «Simayi-şəms», «Mənsuriyyə» zərb muğamları, «Qarabağ» şikəstəsi və xalq mahnıları toplanıb.