İctimai Televiziya və Radio Yayımları Şirkəti: Misirdə qədim sərdabə aşkarlanıb Misirdə qədim sərdabə aşkarlanıb ================================================================================ Füzuli Məcidli on 12 Mart, 2010 Fransız arxeoloqlarının apardığı qazıntılar zamanı 4 min il bundan əvvəl tikilmiş sərdabənin şahzadə Bexenə aid olduğu məlum olub. Sərdabənin içərisində indiyədək qorunub saxlanılmış 25 metrlik daş tabut yerləşir. Tabutun üzərində qədim yazı və şəkilllər çəkilib. Arxeoloq Filip Kollombertin verdiyi məlumata görə, tabutun içərisində şahzadənin qidalanması üçün çörək və meyvələr də aşkarlanıb. Qeyd edək ki, tarixçilərə indiyədək şahzadə Bexen haqqında az məumat əldə ediblər. Onun şahzadə olduğu dəqiq bilinsə də, lakin Bexenin hansı fironla ailə qurması hələ də tarixçilərə gizli olaraq qalıb.