İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycanlı fotoqrafın sərgisi açılıb Azərbaycanlı fotoqrafın sərgisi açılıb ================================================================================ Füzuli Məcidli on 12 Mart, 2010 Moskvanın müasir incəsənət mərkəzində azərbaycanlı fotoqraf Rəna Əfəndinin sərgisi açılıb. «Həyat xətti» adlı sərgidə 30-a yaxın fotoşəkil nümayiş olunub. Azərbaycanın neft sənayesinin əks olunduğu şəkillər qonaqlar tərfindən maraqla qarşılanıb. Neftçilərin həyat tərzi və məişətindən bəhs edən fotolar müxtəlif beynəlxalq sərgilərdə bir sıra mükafatlara layiq görülüb. Buta incəsənət mərkəzinin təşkilatı dəstəyi ilə baş tutan sərgidə rəssamın müəllifi olduğu kitabın da təqdimatı kecirilib. Sərgi aprelin 18-dək davam edəcək.