Azərbaycan kinosu həftəsi
Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ilin tədbirlər planına uyğun olaraq aprelin 6-dan 10-a qədər ölkədə “Azərbaycan Kinosu Həftəsi” keçiriləcək
Nazirlikdənverilən məlumata görə, həftə “Azərbaycanfilm” kinostudiyasının yeni istehsal etdiyi “Niyyət” bədii filminin Heydər Əliyev Sarayında təqdimatı ilə başlayacaq. Ölkənin bir sıra regionlarında, o cümlədən Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə, Yevlaxda son iki ildə müxtəlif studiyalarda çəkilmiş bədii filmlər tamaşaçılara təqdim olunacaq. Son illərdə gənclərin yaratdıqları qısametrajlı bədii filmlərdən bir neçəsi Sumqayıtda, eləcə də Mədəniyyət və İncəsənət Universitetində nümayiş etdiriləcək.
Həftənin proqramına uşaq evlərində, hərbi hissələrdə baxışlar daxil edilib. Dövlət Film Fondu görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin yubileyinə həsr olunmuş xatirə gecəsini keçirəcək. “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyaları da işlərini tamaşaçılara təqdim edəcək.
Xəbər lenti
-
11 Fevral, 2012
Rəcəb Tayyib Ərdoğan növbəti dəfə əməliyyat olunub -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 6-cı seriya (I hissə) -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 5-ci seriya (II hissə) -
11 Fevral, 2012
"Qaranlıqlar çiçəyi", 5-ci seriya (I hissə) -
11 Fevral, 2012
"Eurovision - 2012" Milli Seçim Turunun finalçısı Orxan Kərimlinin səhnə performansı -
11 Fevral, 2012
"Anonymous" haker qruplaşması ABŞ MKİ saytına hücum edib -
11 Fevral, 2012
Bakıda yolların buz bağlaması 37 nəfərin xəsarət alması ilə nəticələnib -
11 Fevral, 2012
Şotlandiyanın paytaxtı Qlazqoda qorxulu dəqiqələr yaşanır
1
xəbər sayı
1 - 8
və
3784






