İctimai Televiziya və Radio Yayımları Şirkəti: Azərbaycan kinosu həftəsi Azərbaycan kinosu həftəsi ================================================================================ Füzuli Məcidli on 15 Mart, 2010 Nazirlikdənverilən məlumata görə, həftə “Azərbaycanfilm” kinostudiyasının yeni istehsal etdiyi “Niyyət” bədii filminin Heydər Əliyev Sarayında təqdimatı ilə başlayacaq. Ölkənin bir sıra regionlarında, o cümlədən Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə, Yevlaxda son iki ildə müxtəlif studiyalarda çəkilmiş bədii filmlər tamaşaçılara təqdim olunacaq. Son illərdə gənclərin yaratdıqları qısametrajlı bədii filmlərdən bir neçəsi Sumqayıtda, eləcə də Mədəniyyət və İncəsənət Universitetində nümayiş etdiriləcək. Həftənin proqramına uşaq evlərində, hərbi hissələrdə baxışlar daxil edilib. Dövlət Film Fondu görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin yubileyinə həsr olunmuş xatirə gecəsini keçirəcək. “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyaları da işlərini tamaşaçılara təqdim edəcək.