O, ECHO “Awards 2010” milli müsiqi mükafatının triumfatoru hesab olunub
İtv.Az. Billboard saytına istinadən xəbər verir ki, Amerikalı pop-müğənni Ledi Qaqa Almaniya ECHO “Awards 2010” milli müsiqi mükafatının triumfatoru hesab olunub. Təqdimetmə mərasimi martın 5-i Berlində keçirilib.
Müğənni “ECHO Awards” mərasimində iştirak etməsə də, üç nominasiyaya: “Ən yaxşı
Beynəlxalq ifaçı”, “Ən yaxşı Beynəlxalq debüt” və “İlin hit mahnısı” (Poker Face) layiq görülüb. Deutsche Welle qeyd edir ki, ən yaxşı müğənni titulunu almaqda Ledi Qaqa məşhur müğənnilər Beyons, Uyitni Xyuston və Pinki geridə qoya bilib.
Ən yaxşı beynəlxalq kişi ifaçı adına Robbi Uilyams layiq görülüb. O da öz növbəsində Mark Nopfler, Devid Qettu və Brüs Sprinqstini geridə qoyub. Mükafatı ona məşhur alman qolkiperi Oliver Kann təqdim edib
Mərasimdə cəmi 20 mükafat müxtəlif nominasiyalarda təqdim olundu. Ən yaxşı Beynəlxalq pop-qruppa Depeche Mode elan edilib. Green Day “Ən yaxşı beynəlxalq rok-qrupu” nominasiyasında qalib gəlib. Milli nominasiyalarda birinciliyi Rammstein, Xavyer Naydu, Kassandra Stin, Silbermond, The Baseballs və başqaları qazanıb. İlin albomu Piter Foksun "Stadtaffe" diski layiq görülüb. Musiqi dünyasına ver diyi tövələrə görə Piter Maffey fəxri mükafat alıb.
Alman Akademiyasının səsyazma studiyası ( Deutsche Phono-Akademie) ) “ECHO” mükafatlandırma mərasimini hər il mart və oktyabr aylarında keçirir.Yazda mükafat pop- və rok-musiqiçilərinə, oktyabr ayında isə klassik müsiqi ifaçılarına təqdim olunur. İlin ən çox musiqi albomu satılan müğənni qalib hesab olunur.