İctimai Radio - 90 FM
İctimai Radionun yayım tezlikləri
BAKI, ABŞERON YARIMADASI, YARIMADAYA YAXIN ƏRAZILƏR VƏ ASTARA - 90 FM
ŞAMAXI, AĞSU, QƏBƏLƏ VƏ İSMAYILLI, MƏRKƏZİ ARAN RAYONLARI VƏ QARABAĞ BÖLGƏSİ-102.5
GƏNCƏ, ŞƏMKİR, DAŞKƏSƏN, GÖYGÖL, ŞƏKİ, QUBA, QUSAR, XAÇMAZ, SALYAN, LƏNKƏRAN, LERİK BÖLGƏSİ- 88.3
NAXÇIVAN, QAZAX, TOVUZ VƏ AĞSTAFA- 103
ZAQATALA, BALAKƏN- 106. 6
XIZI- 103.8
GƏDƏBƏY- 105
Verilişlərimizi həmçinin Türksat -3 (42 dərəcə) peyki vasitəsilə də dinləyə bilərsiniz. Peyk parametrləri belədir: Fr- 11554 MHS; SR- 2916; Pol- Horizontal; FEQ 2/3; RadioTİD-37
İctimai Radio 2006-cı il yanvarın 10-da yayıma başlayıb. Efir fəaliyyətinin ilk günündən sutkada 24 saat yayımlanır. “Günün efirdə döyünən nəbzi” devizi ilə fəaliyyət göstərən İctimai radionun əsas funksiyası dinləyiciləri məlumatlandırmaq və maarifləndirmək, onlara operativ xəbərlər çatdırmaq, musiqili və əyləncəli proqramlar təqdim etməkdir. Radiomuz səhər saat 9-dan axşam saat 20-dək hər saatın tamamında xəbərlər buraxılışı ilə efirə çıxır.
Radionun, demək olar, bütün verilişlərinə maarifçilik ruhu hakimdir. Azərbaycan musiqisi, ədəbiyyatı, mədəniyyəti, tarixi barədə dinləyiciyə çox gərəkli bilgilər və məlumatlar çatdırılır. Böyük əksəriyyəti canlı yayımlanan bu verilişlər interaktiv sorgular, dinləyici ilə birbaşa ünsiyyət əsasında qurulur. Proqram siyasəti dinləyicilərin marağı, zövqü və arzuları nəzərə alınaraq müəyyənləşdirilir.
İctimai Radionun prioritetlərindən biri də Azərbaycan həqiqətlərini, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri mümkün qədər geniş coğrafi ariala yaymaqdır. Bu məqsədlə radiokörpülərdən istifadə olunur. TRT-nin Türkiyənin səsi radiosu ilə birgə həyata keçirilən “Qorqud ata” layihəsinin istər Türkiyə, istərsə də Azərbaycan radio məkanında analoqu yoxdur. Bir saat davam edən “Qorqud ata” verilişi hər gün Türkiyənin səsi radiosunun və İctimai radionun ötürücüləri vasitəsilə bütün dünyaya yayımlanır.
İctimai Radionun verilişlərinin yayım coğrafiyası ölkə ərazisinin təxminən 90 faizini əhatə edir. Bundan başqa www.itv.az saytı vasitəsilə radiomuzu dünyanın istənilən nöqtəsində dinləmək olar.
Xəbər lenti
-
22 Fevral, 2012
Prezident İlham Əliyevin sərəncamı ilə Qusar RİH-ə 5 milyon manat ayrılıb -
22 Fevral, 2012
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası «e-mail hücum»a keçib -
22 Fevral, 2012
Dünyanın Xocalı qətliamına göstərdiyi etinasızlıq bizi ruhdan salmamalıdır -
22 Fevral, 2012
“Xocalıya ədalət” kampaniyası çərçivəsində bu həftə genişmiqyaslı tədbirlərə start veriləcək -
22 Fevral, 2012
Virtual İçəri Şəhər” turu istifadayə verilib -
22 Fevral, 2012
TBMM Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar bəyanat qəbul olunub -
22 Fevral, 2012
Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb -
22 Fevral, 2012
Azərbaycan Ordusunun cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimləri davam edir
1
xəbər sayı
1 - 8
və
4288






