İctimai Televiziya və Radio Yayımları Şirkəti: Departamentlər Departamentlər ================================================================================ Fuzuli Majidli on 12 Dekabr, 2011 İnfоrmаsiyа Dеpаrtаmеntiİctimаi rаdiо еfirə gün ərzində 12 хəbər burахılışı ilə çıхır. Hər sааtın tаmаmındа (9:00- 20:00) «Хəbər vахtı»ndа ölkəmizdə və dünyаdа bаş vеrən ən sоn оlаylаrlа bаğlı оpеrаtiv хəbər çаtdırılır, hаdisə yеri ilə canlı bаğlаntılаr qurulur, birbaşa reportajlar yayımlanır. Bundаn bаşqа еfirə gеdən аnаlitik vеrilişlərdə gеniş ictimаiyyətin diqqət mərkəzində оlаn mövzulаrın müzаkirəsi təşkil оlunur. Cəmiyyəti düşündürən prоblеmlər mütəхəssis və еkspеrtlərin iştirаkı ilə təhlil еdilir. Maarifçilik Verilişləri DepartamentiDepartament insanları maarifləndirmək, dinləyiciyə həyatımızın müxtəlif sahələrinə dair informasiya çatdırmaq missiyasını həyata keçirir. Bundan başqa verilişlərdə Azərbaycan tarixinin ayrı-ayrı səhifələri, mühüm əhəmiyyətə malik tarixi hadisələr, görkəmli şəxsiyyətlər, milli qəhrəmanlar, Azərbaycanın məşhur alimləri, bəşəriyyətin tərəqqisində böyük rolu olan kəşflər, təhsilin aktual problemləri, ölkənin idman həyatı barədə söhbətlər əsas yer tutur. Ədəbiyyat və İncəsənət DepartanentiAzərbaycan ədəbiyyatinin klassik və müasir simalarını tanıtmaq, şifahi xalq ədəbiyyatımızın gələnəklərini, aşıq sənətini, poeziya nümunələrini geniş dinləyici auditoriyasına çatdırmaq bu departamentin əsas işidir. Efirə dəvət edilən şairlərin, aşıqların və incəsənət sahəsində çalışan digər sənətkarların seçiminə xüsusi meyarlarla yanaşılır. Musiqi və Əyləncəli Verilişlər departamentiKlassik və müasir Azərbaycan musiqisinin, mugamlarımızın və xalq mahnılarımızın təbliği, görkəmli musiqi xadimlərinin, bəstəkar və xanəndələrin yaradıcılığı ilə geniş dinləyici auditoriyasinı tanış etmək departamentin fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan musiqisinin incilərinə geniş yer ayrılır. Efirdə səsləndirilən musiqi əsərlərinin, mahnıların seçimində professionallıq və elitarlıq əsas meyar hesab olunur.